Mahir Emreli “Dinamo”da ilk qolunu vurdu - VİDEO

Azərbaycan millisinin futbolçuu Mahir Emreli Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunda qol hesabını açıb.

25 yaşlı hücumçu səfərdə “Riyeka”ya qarşı keçirdikləri XXX tur matçında fərqlənib. 79-cu dəqiqədə rəqib qapısına yol tapan forvard hesabı bərabərləşdirib.

Emreli oyuna 57-ci dəqiqədə komandası 0:1 hesabı ilə geridə olduğu vaxt daxil olub. O, qolla yanaşı, 87-ci dəqiqədə sarı vərəqə alıb.

89-cu dəqiqədə isə azərbaycanlı futbolçunun sifətinə dirsək zərbəsi endirən “Riyeka”nın futbolçusu Anton Kresiçə referi VAR sisteminə müraciət etdikdən sonra qırmızı vərəqə göstərib.

Görüş “Dinamo”nun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da Zaqreb təmsilçisi 29 oyundan sonra xalını 63-ə çatdırıb və ehtiyatda daha bir görüşünün olmasına baxmayaraq, liderliyə yüksəlib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ