Rafael Ağayev istefa verməsinin səbəblərini açıqladı - video

Tanınmış azərbaycanlı karateçi, beşqat dünya, onbirqat Avropa çempionu və Olimpiya Oyunlarının gümüş mükafatçısı Rafael Ağayev “Azərbaycan Milli Karate Federasiyası” İctimai Birliyinin vitse-prezidentlik vəzifəsindən istefa verməsinin səbəblərini açıqlayıb. O bu barədə Baku TV-yə müsahibəsində danışıb.

İdmançı bildirib ki, vitse-prezidentlik vəzifəsinə 30 illik əziyyəti sayəsində əldə etdiklərini karatenin inkişafına təkan vermək üçün gəlib. Lakn sonradan qarşılaşdığı vəziyyətə görə ərizə yazaraq istefa verim. 

Karate ustası öz qərarında israrlı olduğunu söyləyib:

“Düz qərar vermişəm ki, ayrılıram, kiminsə yerini tutmaq istəmirəm. Ümid edirəm ki, mənim yerimə gələn insan gözəl addımlar atıb, karatenin irəliyə getməsi üçün əlindən gələni edəcək. Mən də bu idmanda əziyyət çəkmişəm, danışsam, çox şey deyərəm. Ancaq müsbət şeylər haqqında danışıram. Hansısa zəng məni qorxutmayıb, heç də peşman deyiləm. Avropadaxa artıq 4-5 ölkə var ki, onlardan cavab gözləyirəm. Əgər alınarsa, hansısa bir ölkənin yığma komandasına baş məşqçilik edə bilərəm. Hələ ki düşünürəm”.

Vitse-prezidentlik dövründə cəmi bir dəfə iclasa çağırıldığını bildirən Rafael Ağayev bir ildir maaşının kəsildiyini qeyd edib:

“Məni bir dəfə iclasa çağırıblar. Zəng edərək atamın xəstə olduğunu, bu səbəbdən iştirak edə bilməyəcəyimi dedim. Bundan başqa məni heç bir iclasa dəvət etməyiblər. Olduğu kimi danışıram. Mən çox şeyi gizlədirəm, yaxşı şeyləri deyirəm. Əgər İctimai Birliyin vitse-prezidentiyəmsə, maaşım bir ildir niyə kəsilib? Deyəcəklər ki, Rafael yenə pula görə dalaşır. Mən Federasiyadan bunun səbəbini soruşanda deyirlər, nazirlikdən belə qərar verilib ki, sənin maaşın kəsilsin”.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ