Mariana Vasileva vəzifəsindən azad olundu

Mariana Vasileva gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib.

Xatırladaq ki, Vasileva keçmiş bədii gimnast olub və Bolqarıstanın Sofiya şəhərindəki “Levski” klubunda məşqçi kimi işləyib. 

2007-ci ildə o, Azərbaycan Gimnastika Federasiyasından məşqçi kimi işləmək üçün dəvət alıb. Qısa müddət sonra Azərbaycana köçüb və burda fəaliyyətə başlayıb.

O, 2021-ci il noyabrın 29-da Prezident İlham Əliyevin sərəncamı ilə Gənclər və İdman nazirinin müavini təyin olunub. Bundan əvvəl Vasileva Azərbaycan Gimnastika Federasiyasının İcraiyyə Komitəsinin üzvü idi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ