Bakının Xətai rayonunda yerləşən “Hədəf” idman klubunda faciə baş verib.
Hadisə şahidinin Globalinfo.az-a dediklərinə görə, güləş zamanı 15 yaşlı yeniyetmə idmançılardan biri ehtiyatsızlıqdan digərini boğaraq öldürüb.
Hadisənin qəsdən törədilmədiyi bildirilir.
Hələ ki təfərrüat açıqlanmır.