İrina Zaretska: Rusiya hərbi gəmisi, cəhənnəm ol!

Azərbaycan karate millisinin ukraynalı üzvü İrina Zaretska instaqram hesabında paylaşım edib.

Buta.media xəbər verir ki, o, Rusiyanın Ukraynaya hücumunu pisləyib və müharibənin ağrısından danışıb:

“Vətəndaş mövqeyimlə peşəkar mövqeyim ayrıdır. Rusiya hərbi gəmisi, cəhənnəm ol!. Ukraynada doğulmuşam və yaşayıram. Evim, ailəm, dostlarım müxtəlif şəhərlərdədirlər. Müharibənin ağrısı ilə canım yanır. Hər gün minlərlə insanın tökülən qanı və göz yaşı, atılan atəşlər, raket partlayışları, insanların yaşadıqları dəhşətlərə, uşaqlara, soyuq zirzəmilərdə və sığınacaqlarda gecələmələrinə acıyıram. Ailəm və dostlarımın həyatına çevrilən bütün dəhşətlər ağrı verir. Bu, bizim torpağımızdır, bizim ölkəmizdir. Dünyanın ən güclü insanları bizdədir. Bunu döyüşlərimizlə dəfələrlə sübut etmişik. Yüzlərlə insan bu təcavüzü yaşayır, milyonlarla insan isə sadəcə susur. Hələlik, bizim yeni döyüşümüz var və əmin olun ki, biz buna tap gətirəcəyik, qalib gələcəyik”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ