Qukeş şahmat tarixində ən gənc dünya çempionu oldu

Hindistanlı qrossmeyster Qukeş Dommaraju tarixdə şahmat üzrə ən gənc dünya çempionu olub.

18 yaşlı Qukeş şahmat tacı uğrunda görüşdə çinli Din Lireni 7,5:6,5 hesabı ilə məğlub edib.

Dommaraju 1985-ci ildə 22 yaşında şahmat üzrə 13-cü dünya çempionu olan Qarri Kasparovun rekordunu qırıb.

Qukeş Dommaraju 18-ci dünya çempionudur. Şahmatçılar arasında fial görüşü dekabrın 12-də Sinqapurda baş tutub. Hindistanlı qara fiqurlarla oynayıb və 58-ci gedişdə qalib gəlib. Qukeş Vişvanatan Ananddan sonra tarixdə şahmat üzrə ikinci hindistanlı dünya çempionudur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ