Səudiyyə Ərəbistanı rəsmən 2034-cü il dünya çempionatına ev sahibliyi edəcək. Müvafiq qərar FİFA-nın növbədənkənar konqresində qəbul edilib.
Səudiyyə Ərəbistanı turnirə ev sahibliyi etməyə yeganə iddiaçı olub.
Həmçinin, 2030-cu il dünya çempionatının üç qitədə keçirilməsi təsdiqlənib - matçların əksəriyyətinə İspaniya, Portuqaliya və Mərakeş, daha üç oyun isə Paraqvay, Uruqvay və Argentinada keçiriləcək.