Santuş istefaya göndərilir. Onu kim əvəz edəcək? Qurban Qurbanov, yoxsa Rəşad Sadıqov?

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş istefaya göndərilir.

Publika.az-ın əldə etdiyi məlumata görə, AFFA prezidenti Rövşən Nəcəf portuqaliyalı mütəxəssis ilə yolların ayrılmasına qərar verib. O, milli komandanın uğursuz çıxışı ilə yanaşı 70 yaşlı mütəxəssisin son oyunlarda verdiyi açıqlamalardan və göstərdiyi bəhanələrdən razı qalmayıb. Buna görə də Fernandu Santuş ilə yolların ayrılmasına qərar verib.

Qərar AFFA İcraiyyə Komitəsinin gələn həftə - böyük ehtimalla, dekabrın 14-də keçiriləcək iclasında açıqlanacaq.

Santuşu isə azərbaycanlı mütəxəssis əvəz edəcək. AFFA prezidenti hazırda yerli məşqçilər arasında seçim edir. Ən real namizədlər isə Qurban Qurbanov və Rəşad Sadıqovdur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ