Çempionlar Liqasının finalı Rusiyadan alınaraq Fransaya verilib

UEFA Çempionlar Liqasının finalı Rusiyanın Sankt-Peterburq şəhərindən alınaraq, Fransanın paytaxtı Parisə verilib.

Bu barədə Avropa futbol qurumunun İcraiyyə Komitəsi qərar qəbul edib. Səbəb kimi Rusiyanın Ukraynaya hərbi müdaxiləsi göstərilib.

Oyun mayın 28-də Rusiyanın energetika nəhəngi, UEFA-nın iri sponsoru "Qazprom"un vəsaiti hesabına tikilmiş eyniadlı arenada deyil, "Stad de Frans"da təşkil olunacaq.

Beləliklə, Fransa 2006-cı ildən sonra ilk dəfə Avropanın ən nüfuzlu klub turnirinin finalına ev sahibliyi edəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ