Mbappe zorlamada ittiham olunur

“Real Madrid”in futbolçusu Killian Mbappe İsveçdə zorlama və cinsi təcavüz işində şübhəli bilinir.

Hadisə Mbappe, onun qohumları və Fransanın PSJ klubunun futbolçusu Nordi Mukielenin qaldığı otellərdən birində baş verib.

Oktyabrın 12-də polisə məlumat verilib.

Mbappenin cinayət işində statusu “əsaslı şübhəli” kimi qeyd olunub ki, bu da şübhənin ən aşağı səviyyəsinə uyğundur.

Mbappe ilə “Real Madrid” arasında müqavilənin imzalanması iyunun 3-də rəsmən açıqlanıb. Hücumçu İspaniya nəhənginə azad agent kimi keçib. Bundan əvvəl forvard 2017-ci ildən çıxış etdiyi Fransa PSJ-də oynayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ