“Neftçi”nin yeni baş məşqçisi məlum oldu

Baş məşqçi postuna axtarışlarını davam etdirən “Neftçi” türkiyəli çalışdırıcı ilə razılığa gəlib.

Bu barədə Türkiyə mediasında xəbərlər yayılıb.

Məlumata görə, “ağ-qaralar”ın gündəmində olan Abdullah Avcı ilə Səudiyyə Ərəbistanı klubları da maraqlanır. Buna görə də 63 yaşlı mütəxəssis “Neftçi”dən vaxt istəyib.

Qeyd edək ki, Abdullah Avcının son iş yeri “Trabzonspor” olub. O, Qara dəniz təmsilçisi ilə 2021/2022 mövsümündə Türkiyə Super Liqasının qalibi olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ