“Qarabağ” avrokubok oyunlarında biletlərin qiymətini bahalaşdırdı

Azərbaycanın “Qarabağ” futbol klubu avrokuboklar çərçivəsində ev oyunlarının biletlərinin qiymətini bahalaşdırıb.

Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində oktyabrın 3-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Malmö” (İsveç) matçının biletləri artıq satışa çıxarılıb.

Biletlərin qiyməti tribunalardakı yerdən asılı olaraq 5, 20, 30, 40, 75, 100 və 300 manatdır.

Yeddi bilet kateqoriyasından beşində qiymətlər artıb. Məsələn, Avropa Liqasının 1/8 final mərhələsinin bu ilin martında Bakıda keçirilən “Qarabağ” – “Bayer” (Almaniya) matçına biletlərin qiyməti belə olub: 5, 10, 20, 30, 40, 100 və 150 ​​manat. Yəni, ötən mövsümlə müqayisədə ən ucuz biletlərin və sondan əvvəlki kateqoriyanın qiymətləri dəyişməyib.

Qarşıdan gələn matçın biletlər iTicket.az-da, eləcə də paytaxtın ən böyük ticarət mərkəzlərində satılır.

Xatırladaq ki, “Qarabağ” Avropa Liqasının qrup mərhələsinin ilk turunda Londonda “Tottenhem”ə 0:3 hesabı ilə uduzub.

Bu mövsümdən Avropa yarışlarının əsas mərhələsində klublar bir ümumi qrupda çıxış edirlər. İlk səkkiz komanda birbaşa 1/8 finala vəsiqə qazanacaq, 9-24-cü yerləri tutan klublar isə pley-off mərhələsinə çıxacaq. “Qarabağ” Avropa Liqasının qrup mərhələsində daha 7 oyun keçirəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ