“Qarabağ” tıxaca düşdü - Oyun gec başlayacaq

Avropa Liqasının Liqa mərhələsində keçiriləcək “Tottenhem” - “Qarabağ” matçı gec başlayacaq.

“Qafqazinfo”nun məlumatına görə, buna səbəb Ağdam klubunun stadiona gələrkən tıxaca düşməsidir.

Qeyd edək ki, matçın daha öncə Bakı vaxtı ilə 23:00-da başlanması nəzərdə tutulmuşdu.Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyevin “Qafqazinfo”ya verdiyi məlumata görə, komanda artıq stadiondadır. O bildirib ki, qarşılaşma Bakı vaxtı ilə 23:35-də başlayacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ