UEFA “Qarabağ”ı cərimələdi

UEFA “Qarabağ” klubunu 28500 (54 min manat) avro cərimələyib.
 
Buna səbəb Ağdam klubunun Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində və pley-off-da keçirdiyi matçlarda yaşananlar olub. 
 
Belə ki, Azərbaycan təmsilçisi 3-cü təsnifat mərhələsində “Ludoqorets”ə qarşı keçirdiyi oyunda “düzgün olmayan davranış”a görə 6000 avro cərimələnib. 
 
Həmçinin UEFA “ Qarabağ”ı pley-off oyunları çərçivəsində Bakıda Zaqreb “Dinamo”su ilə baş tutan oyunda “idman tədbirinə uyğun olmayan mesaj”a görə 22500 manat cərimələyib. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ