Emin Mahmudov Qara Qarayevsiz “Neftçi”ni tərk etmək istəmədi

“Neftçi”nin kapitanı Emin Mahmudov kayrerasını Türkiyədə davam etdirmək planını ertələyib.

Sportinfo.az xəbər verir ki, 2017-ci ildən ağ-qara formanı geyinən yarımmüdafiəçi TFF I Liqa təmsilçisi ilə apardığı danışıqlara ara verib.

Məsələ maliyyə deyil. Orta sahə oyunçusu ona dəvət göndərən kluba maraqlı şərt irəli sürüb.

Bildirib ki, əgər “Neftçi”dən ayrılarsa, ora Qara Qarayevlə birgə gələcək. Yəni ki, məni transfer etmək istəyirsizsə, dostumu da heyətə qatmalısız.

Qarşı tərəf bu tələbə tərəddüdlə yanaşıb. Onlar baklılıların Qarayevi sezonun əvvəlində əvəzedici heyətə göndərməsindən xəbərdardır.

Eminin mövqeyi I Liqa iştirakçısının rəsmilərində təəccübə səbəb olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ