“Qarabağ” Fransadan məğlubiyyətlə dönür

Fransada “Marsel” və “Qarabağ” komandaları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu keçirilib.

Buta.media xəbər verir ki, Ağdam təmsilçiləri görüşdə 3:1 hesabı ilə məğlub olublar.

Matçın 41-ci dəqiqəsində Arkadiuş Milik meydan sahiblərini hesabda önə keçirib. Üç dəqiqə sonra Milik dubla imza atıb. 

Qurban Qurbanovun yetirmələrinin səyləri qarşılaşmanın 85-ci dəqiqəsində öz nəticəsini verib. Kadi Borges buraxılan toplardan birinin əvəzini çıxıb.

Oyunun əlavə edilmiş dəqiqələrində isə Dmitri Payet üçüncü topu “Qarabağ”ın qapısından keçirib.

Qeyd edək ki, cavab görüşü fevralın 24-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ