“Qarabağ”a 2:7 uduzduğuna görə qovuldu

“Ludoqorets”də baş məşqçi Georgi Dermençiev istefaya göndərilib.

Mütəxəssisin qovulma səbəbi “Qarabağ”a Çempionlar Liqasında 2:7 hesablı məğlubiyyətdir. Evdəki darmadağından sonra qitənin ən nüfuzlu klub turnirindən kənarda qalan klubun rəhbərliyi məşqçini yola salıb.

“Ludoqorets”ə müvəqqəti olaraq Zahari Sirakov rəhbərlik edəcək.

Qeyd edək ki, Georgi Dermençiev 2023-cü ildən “Ludoqorets”in baş məşqçisi idi. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ