Bakıda Formula 1-ə görə bağlanacaq yollar məlum oldu

Bakıda keçiriləcək 2024-cü il Formula 1 Azərbaycan Qran Prisinə hazırlıq işləri çərçivəsində yollarda quraşdırma işləri davam edir. 

Avqustun 13-ü saat 23:00-dan etibarən mərkəzi yollarda hərəkət və parkinq məhdudiyyətləri tətbiq olunacaq. 

Məhdudiyyətlər 13-16 avqust tarixlərində gecə saat 23:00-dan səhər saat 06:00-dək davam edəcək.

► 13 avqust saat 23:00-dan 14 avqust saat 06:00-dək Xaqani küçəsinin sağ və sol tərəfi, “Azadlıq”n kəsişməsindən “Puşkin” kəsişməsinə qədər
► 14 avqust saat 23:00-dan 15 avqust saat 06:00-dək Xaqani küçəsinin nəqliyyatın hərəkəti istiqamətində sol tərəf, “Xaqani-Rəşid Behbudov”n və “Xaqani-Azadlıq”n kəsişmələri arası
► 15 avqust saat 23:00-dan 16 avqust saat 06:00-dək Xəqani küçəsinin nəqliyyatın hərəkəti istiqamətində sol tərəf, “Bülbül-Xaqani”n və “Rəşid Behbudov-Xaqani” kəsişmələri arası

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi 2024-cü il, 13-15 sentyabr tarixlərində keçiriləcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ