Hacı Əliyev karyerasını bitirdi

Azərbaycanlı güləşçi Hacı Əliyev karyerasını bitirib.

Bu barədə o, instaqram hesabında paylaşım edib.

33 yaşlı idmançı fotosunu paylaşaraq “Bu da son!” deyib.

Qeyd edək ki, 3 dəfə Dünya və 4 dəfə Avropa çempionu olan güləşçimiz, eyni zamanda iki dəfə Olimpiya mükafatçısı adını qazanıb.

O, Paris-2024 Olimpiadasında 1/4 finalda Macarıstan təmsilçisi İsmail Muszukayevə 3:10 hesabı ilə uduzub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ