Azərbaycan Paris olimpiadasını yeddi medalla başa vurub

Azərbaycan idmançıları Paris-2024 Yay Olimpiya Oyunlarında çıxışlarını başa vurub.

Fransanın paytaxtında keçirilən turnirdə 48 Azərbaycan idmançısından yeddisi medal qazanıb.

Azərbaycan millisinə hər iki qızıl medalı cüdoçular qazandırıb. 73 kq çəki dərəcəsində yer alan Hidayət Heydərov finalda fransalı Con Benjamin Qabanı üstələməklə olimpiadanın qızıl medalını qazanıb. 100 kq çəki dərəcəsində mübarizə aparan Zelim Kotsoyev həlledici isə görüşdə Gürcüstan təmsilçisi İlya Sulamanidzeyə qalib gəlib.

Boksçu Alfonso Dominqes (92 kq) və taekvondoçu Qaşım Maqomedov (58 kq) yalnız finalda məğlub olaraq gümüş medal qazanıblar.

Üç güləşçimiz isə bürünc medalla kifayətlənib - Yunan-Roma güləşində Həsrət Cəfərov (67 kq), Sərbəst güləşdə isə Giorgi Meşvildişvili (125 kq) və 
Maqomedxan Maqomedov (97 kq).

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ