Azərbaycanı “Paris-2024”də boks yarışlarında təmsil edən və finalda məğlub olaraq gümüş medal alan Loren Alfonso Doninqesin paylaşımı birmənalı qarşılanmayıb.
Gümüş mükafatçımız ona edilən tənqidlərə sosial şəbəkə hesabının hekayə bölməsində sərt şəkildə cavab verib.
“Bəli, bilirəm ki, əcnəbiyəm, amma Azərbaycanı sizdən qat-qat çox təmsil edirəm və sizin ölkəniz üçün etmədiyinizi edib, Azərbaycan bayrağını yüksəklərə qaldırmışam” - paylaşımda deyilir.
Onun bu cür reaksiyası sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid olunub.