Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarının bürünc medalını qazanıb.
97 kq çəki dərəcəsində yer alan idmançımız üçüncü yer uğrunda görüşdə Ukrayna təmsilçisi Murazi Mçelidze ilə üz-üzə gəlib.
Görüş təmsilçimizin 10:0 qələbəsi ilə yekunlaşıb. Bununla da M.Maqomedov ölkəmizin aktivinə növbəti bürünc medalı yazdırıb.
Qeyd edək ki, Maqomedxan Maqomedov 1/4 finalda polşalı Mateuş Baranovskiyə, 1/8 finalda isə Dominikan Respublikasından olan Luis Migel Peresə qalib gəlib.
Maqomedxan Maqomedov yarımfinalda Gürcüstandan olan Givi Matçaraşvili ilə qarşılaşıb. Bu mübarizədə Azərbaycan təmsilçisi rəqibinə 0:5 hesabı ilə məğlub olub.