Əlcəzairli idmançı İman Xelif Paris Olimpiadasında qadınlar arasında boks turnirinin qalibi olub.
Yarım orta çəki dərəcəsində (66 kiloqrama qədər) final görüşündə Xelif yekdil qərarla (5:0) Çin idmançısı Liu Yanqa qalib gəlib.
İman Xelif Parisdə keçirilən Yay Olimpiya Oyunlarının ən məşhur idmançılardan biridir. 2023-cü ildə testosteron səviyyəsi çox yüksək olduğu üçün o, Dünya Boks Çempionatından diskvalifikasiya edilib. Olimpiadalar zamanı Xelif transseksual olması ilə bağlı şayiələr səbəbindən təqiblərlə üzləşib.