Paris-2024: Azərbaycan güləşçisi yarımfinala yüksəlib

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında yarımfinal mərhələsinə yüksəlib.

67 kq çəki dərəcəsində yarışan idmançı 1/4 final mərhələsində moldovalı Valentin Petiçlə üz-üzə gəlib. Görüş idmançımızın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, 1/8 final mərhələsində Həsrət Cəfərov Misirdən olan rəqibi Mohamed Elsayedi 9:0 hesabı ilə məğlub edib.

Digər güləşçimiz, 87 kq çəki dərəcəsində yer alan Rafiq Hüseynov 1/8 final mərhələsində David Losonçiyə (Macarıstan) məğlub olub - 2:5.Losonçi finala çıxsa, təmsilçimiz təsəlliverici görüşə qatılacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ