Paris-2024: Mariya Stadnik məğlub oldu

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında 1/4 finala mərhələsində məğlub olub.

50 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz Monqolustan təmsilçisi Otqonjarqal Dolqorjavla görüşüb və 3:4 hesabı ilə uduzub.

Qeyd edək ki, Mariya Stadnik 1/8 final mərhələsində almaniyalı Anastasiya Blayvasa qalib gəlmişdi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ