Paris-2024: Sənan Süleymanov bürünc medal uğrunda mübarizə aparacaq

Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.

77 kq çəki dərəcəsində mübarizə aparan idmançı qazaxıstanlı Demeu Jadrayevlə üz-üzə gəlib. Rəqibinə 1:6 hesabı ilə məğlub olan Süleymanov üçüncü yer uğrunda görüşdə qüvvəsini sınayacaq.

Xatırladaq ki, Sənan Süleymanov 1/8 finalda Bolqarıstanı təmsil edən erməni əsilli Aik Mnatsakanyanla qarşılaşıb və 2:0 hesablı qələbə qazanıb. Güləşçimiz 1/4 finalda Macarıstan təmsilçisi Zoltan Levaya qalib gəlib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ