Paris-2024: Sabah Şəriəti turnirə qələbə ilə başladı, Murad Məmmədov məğub oldu

Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulub.

130 kq çəki dərəcəsində yer alan idmançı yarışa 1/8 final mərhələsindən başlayıb.

Estoniyalı Heyki Nabi ilə güləşən Sabah Şəriəti rəqibinə qalib gələrək 1/4 final mərhələsinə adlayıb.

60 kq çəki dərəcəsində yer alan idmançımız Murad Məmmədov isə Venesueladan olan Rayber Joze Rodriges Orosko ilə üz-üzə gəlib və 5:6 hesabı ilə uduzub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ