Bazar ertəsi, avqustun 5-də, UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılıb.
Mərasim Bakı vaxtı saat 14:00-da başlayıb.
“Qarabağ”ın potensial rəqibi “Dinamo” (Zaqreb) oldu
Çempionlar Liqasında mübarizə aparan Azərbaycan çempionu “Qarabağ” klubu III təsnifat mərhələsində “Ludoqorets” (Bolqarıstan) səddini keçərsə, səpələnməmişlər səbətində yer alacaq.
Püşkatmanın nəticəsinə əsasən, “Qarabağ” Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Ludoqorets”i keçərsə, Zaqreb “Dinamo”su ilə qarşılaşacaq.
Pley-off mərhələsinin matçları 20-21 və 27-28 avqust tarixlərində keçiriləcək.
“Qarabağ” “Ludoqorets”lə (Bolqarıstan) oyundan məğlub ayrılarsa, “Petrokub” (Moldova) – TNS (Uels) cütünün qalibi ilə qarşılaşacaq.
Avropa Liqasının pley-offun oyunları avqustun 22-də və 29-da baş tutacaq.
“Zirə” və “Sabah” UEFA Konfrans Liqasında liqasında mübarizəni davam etdirir
Hər iki klubun turnirin pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.
Qeyd edək ki, “Sabah” 3-cü təsnifat mərhələsində “Sent Patriks” (İrlandiya), “Zirə” isə “Osiyek”lə (Xorvatiya) qarşılaşacaq.
“Osiyek” (Xorvatiya) – “Zirə” cütünün qalibi “Omoniya” (Kipr) – “Fehervar” (Macarıstan) cütünün qalibi ilə üz-üzə gələcək.
“Sent-Patriks” (İrlandiya) – “Sabah” cütünün qalibi “İberia 1999” (Gürcüstan) – “Başakşəhər” (Türkiyə) cütünün qalibi qarşılaşacaq.