Dominqes gümüş medalı təmin etdi

Azərbaycan boksçusu Alfonso Dominqes (92 kq) Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.

Təmsilçimiz yarımfinalda ispaniyalı Emmanuel Reyes Pla ilə qarşılaşıb və 3:2 hesabı ilə qalib gələrək finala yüksəlib.

O, finalda  Lalizbek Mullojonov (Özbəkistan) - Davlat Boltaev (Tacikistan) cütünün qalibi ilə qarşılaşacaq.

Final döyüşü avqustun 10-da keçiriləcək.

Qeyd edək ki, boksçumuz bu nəticə ilə ən azı gümüş medalı təmin edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ