Masazırda drama. “Sabah” 6 qol buraxsa da, növbəti mərhələyə adladı - video

Azərbaycanın “Sabah” klubu UEFA Konfrans Liqasının II təsnifat mərhələsində İsrailin “Makkabi” komandasına penaltilər seriyasında qalib gələrək növbəti mərhələyə yüksəlib.

“Bank Respublika Arena”da baş tutan qarşılaşma qonaqların 6:3 hesablı qələbəsi ilə başa çatıb. Xatırladaq ki, ilk oyunda “Sabah” 3:0 hesablı qələbə qazanmışdı.

Bakıdakı oyunda “Makkabi”nin heyətində Dolev Haziza (17), Pierro Françdi (67, 90), Simiç (70), Leor Rafaelov (73), David (112) fərqlənib.

Azərbaycan təmsilçisinin qollarını isə Pavol Şafranko (47), Kahim Parris (71), Coy-Lans Mikels (102) vurub.

Əsas və əlavə vaxtda qalib tərəf bəlli olmadığından qarşılaşmanın taleyi penaltilər seriyasında müəyyənləşib.

Penaltilər seriyasında daha dəqiq oynayan (3:2) “Sabah” UEFA Konfrans Liqasının III təsnifat mərhələsinə vəsiqəni təmin edib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ