Azərbaycan Olimpiya Oyunlarında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Alfonso Dominqes Parisdə keçirilən Yay Olimpiya Oyunlarında yarımfinala vəsiqəni təmin edib.

 92 kq çəki dərəcəsində çıxış edən idmançımız  1/4 final görüşündə qazaxıstanlı Aybek Oralbaya qalib gəlib yarımfinala vəsiqə qazanıb.

Bununla da, o ən azı Yay Olimpiya Oyunlarının bürünc medalını təmin edib.

Qeyd edək ki, dəri əlcək ustası 1/8 finalda ikiqat olimpiya çempionu Xulio Sezar la Kruzu (Kuba) məğlub etmişdi.

Daha əvvəl, cüdoçu Zelim Kotsoyev Parisdə keçirilən Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb. 100 kq çəki dərəcəsində mübarizə aparan Kotsoyev həlledici görüşdə Gürcüstan təmsilçisi İlya Sulamanidzeyə qalib gəlib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ