Paris-2024: Azərbaycan cüdoçusu Zelim Kotsoyev qızıl medal qazanıb

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Parisdə keçirilən Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.

100 kq çəki dərəcəsində mübarizə aparan Kotsoyev həlledici görüşdə Gürcüstan təmsilçisi İlya Sulamanidzeyə qalib gəlib.

Qeyd edək ki, Zelim Kotsoyev yarımfinal mərhələsində özbəkistanlı Muzaffarbek Turoboyev, 1/4 final mərhələsində Peter Palçik (İsrail), 1/8 final mərhələsində Pyotr Kuçeranı (Polşa) məğlub edib.

Xatırladaq ki, iyulun 29-da cüdoçu Hidayət Heydərov (73 kq) olimpiya çempionu olaraq Azərbaycana ilk qızıl medalı qazanıdırıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ