“Formula 1” üzrə Azərbaycan Qran-prisinin proqramı açıqlandı

“Formula 1” üzrə Azərbaycan Qran-prisinin proqramı açıqlanıb.

Buta.media xəbər verir ki, bu barədə Beynəlxalq Avtomobil Federasiyasının (FIA) rəsmi tviter hesabında məlumat yayılıb. 

Məlumata görə, yarış iyunun 10-da yerli vaxtla saat 15:00-da sərbəst yürüşlə başlayacaq və saat 18:00-da isə ikinci test yürüşü baş tutacaq.

İyunun 11-də saat 15:00-da üçüncü sərbəst yürüş keçiriləcək, saat 18:00-da isə sıralama turu olacaq. Əsas yarış isə iyunun 12-də saat 15:00-da olacaq.

Xatırladaq ki, “Formula 1”də yeni mövsüm martın 20-də Bəhreyndə başlayacaq. 10 - 12 iyunda Bakıda Azərbaycan Qran-prisi baş tutacaq. Digər maraqlı xəbərləri Sputnik Azərbaycan-ın Telegram kanalından izləyin!

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ