“Qarabağ” klubunun UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinə adlayacağı təqdirdə mümkün rəqibi bəlli olub.
Bu, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmadan sonra aydın olub.
II təsnifat mərhələsində “Linkoln”la qarşılaşacaq Azərbaycan çempionu Cəbəllütariq təmsilçisini mübarizədən kənarlaşdıracağı halda “Ludoqorets” (Bolqarıstan) - “Dinamo Minsk” (Belarus) cütünün qalibi ilə üz-üzə gələcək. “Linkoln” - “Qarabağ” duelinin qalibi ilk görüşü evdə keçirəcək. Bu mərhələnin qarşılaşmaları avqustun 6-7-də və 13-də baş tutacaq.
Qeyd edək ki, “Qarabağ”ın “Linkoln”la matçları iyulun 23-də və 30-da keçiriləcək.