Şahrudin Məhəmmədəliyev “Qarabağ”a qayıtdı

“Qarabağ” klubu Azərbaycan millisinin qapıçısı Şahrudin Məhəmmədəliyevi yenidən heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

30 yaşlı qapıçı ilə bir illik müqavilə imzalanıb.

Ötən mövsümdə Türkiyənin “Adana Demirspor” klubunun formasını geyinən futbolçu 2025-ci ilin yayına qədər “Qarabağ”da qalcaq.

Qeyd edək ki, Şahrudin Məhəmmədəliyev 2016-2024-cü illərdə “Qarabağ”ın formasını geyinib. O, 2024-cü ilin yayında “Qarabağ”dan Türkiyə klubuna transfer edilib. 

Şahrudin Məhəmmədəliyev ağdamlıların heyətində yeddi dəfə Azərbaycan çempionu olub, üç dəfə ölkə kubokunu qazanıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ