“Fyuçe” və Misir millisinin futbolçusu Ahmed Refaat 31 yaşında dünyasını dəyişib. Bu barədə Misir klubunun İnstaqram səhifəsində məlumat verilib.
Martın 12-də İsgəndəriyyə təmsilçisi “Əl-İttihad”la ölkə çempionatı matçında futbolçunun ürəyi dayanıb. 60-cı dəqiqədə meydana daxil olan Ahmed oyunun sonunda huşunu itirib. Forvard təcili xəstəxanaya yerləşdirilib və komaya düşüb.
Klub onun vəziyyətinin son günlər pisləşdiyini bildirib. “Fyuçe” oyunçunun ailəsinə və dostlarına başsağlığı verib.
Refaat 2021-ci ildən “Fyuçe”da çıxış edir. Onun Misir millisinin heyətində 9 oyunda iki qolu var.