Kadi “Qarabağa” qayıda bilər

“Qarabağ” sabiq futbolçusu Kadi Borxesin transferi üçün Rusiyanın “Krasnodar” klubuna təklif göndərib.

Bu barədə “RB Sport”a yarımmüdafiəçinin agenti Helsio Alisk məlumat verib.

O, Azərbaycan çempionunun futbolçu üçün təklif göndərdiyini təsdiqləyib.

“Ancaq daha heç nə deyə bilmərəm. Biz “Krasnodar”ın qərarını gözləyirik”, - Alisk bildirib.

Qeyd edək ki, Kadi 2021-2023-cü illərdə “Qarabağ”da çıxış edib. Son mövsümdə o, “Krasnodar”ın heyətində bütün turnirlərdə 33 oyun keçirib, 4 qol vurub və 3 məhsuldar ötürmə edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ