Futbol üzrə Azərbaycan yığması yoldaşlıq oyunu çərçivəsində Qazaxıstan komandasını 3:2 hesabı ilə məğlub edib.
Qarşılaşma Macarıstanın Sombatxey şəhərindəki “Haladas SportKomplexum” stadionunda baş tutub.
Hesab artıq matçın 2-ci dəqiqəsində açılıb. Yan Voroqovski künc zərbəsindən sonra adını tabloya yazdırıb.
28-ci dəqiqədə Maksim Samorodov Qazaxıstanın üstünlüyünü iki topa çatdırıb.
Bununla belə, ruhdan düşməyən Azərbaycan millisi geridönüş etməyi bacarıb. Fasiləyə 3 dəqiqə Mahir Emreli hesab arasındakı fərqi minimuma endirib.
Azərbaycan millisi 51-ci dəqiqədə “status-kvo”nu bərpa edib. Penalti zərbəsini dəqiq yerinə yetirən Emin Mahmudov həmçinin yığmanın heyətində 14-cü qolunu vuraraq Qurban Qurbanova rkorduna şərik olub.
Komandamızın qələbə qoluna isə 73-cü dəqiqədə fərqlənən Toral Bayramov imza atıb.
Xatırladaq ki, Azərbaycan millisi iyunun 7-də Albaniyaya 1:3 hesabı ilə uduzub.