Azərbaycan şahmatçısı Rauf Məmmədov Fransa çempionu olub.
Bu barədə Azərbaycan Şahmat Federasiyasının Mətbuat xidməti məlumat yayıb.
Yarış 7 turdan ibarət olub və 8 komandanın iştirakı ilə keçirilib. Rauf Məmmədovun çıxış etdiyi “Chartres Echecs” 30 xal toplayaraq bütün rəqiblərini qabaqlayıb.
Məmmədov 6 oyunda 2 qələbə və 4 heç-heçəyə imza atıb.
Çempion komandanın kapitanı Fransada yaşayan azərbaycanlı şahmatçı Namiq Quliyev olub.