“Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andrade karyerasını Türkiyənin “Beşiktaş” klubunda davam etdirə bilər.
Bu barədə “Abola” nəşri məlumat dərc edib.
Sayt bildirir ki, uzun müddətdir “Fənərbağça”nın maraq dairəsində olan 24 yaşlı yarımmüdafiəçi indi də əzəli rəqib “Beşiktaş”ın transfer gündəmindədir.
Artıq Kabo-Verde millisinin üzvü olan Andradenin meneceri ilə danışıq da olub. İlkin təmasın uğurlu keçdiyi, tərəflərin razılığa gəldiyi vurğulanır.
“Beşiktaş” “Qarabağ”a Leandro Andradeyə görə 4 milyon avro ödəməli olacaq.
Andrade 2022-ci ildə “Qarabağ”a transfer olunub. Onun klubla müqavilə müddəti 2027-ci ilin yayına qədərdir.
Yarımmüdafiəçi sonuncu mövsümdə ağdamlıların heyətində 58 oyuna çıxıb, 15 qol vurub və 18 məhsuldar ötürmə ilə yadda qalıb.