Mbappe Fransa millisində Zidanın göstəricisini geridə qoydu

“Real Madrid” klubunun hücumçusu Kilian Mbappe Fransa millisində Zinəddin Zidanın göstəricisini geridə qoyub. Bu barədə “Sportsration” məlumat yayıb.

İyunun 5-də Lüksemburqla yoldaşlıq görüşündə (3:0) Mbappe bir qol vurub və iki məhsuldar ötürmə edib. Onun hazırda millidə 27 məhsuldar ötürməsi var. Bu göstəricidə Mbappe milli komandanın heyətində keçirdiyi matçlarda 26 məhsuldar ötürmə edən Zidan və Tyerri Anrini geridə qoyub.

Fransa millisinin tarixində ən yaxşı asisst statistikası isə Antuan Qrizmana məxsusdur. O, karyerası ərzində 30 məhsuldar ötürmə edib.

Mbappe Fransa millisində 78 oyun keçirib və 47 qol vurub. Hücumçu komanda ilə birlikdə 2018-ci ildə dünya çempionu oub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ