“Yuventus”, “Çelsi” və “İnter”in sabiq baş məşqçisi Antonio Konte İtaliyanın “Napoli” futbol klubuna başçılıq edəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
54 yaşlı mütəxəssislə müqavilə 2027-ci ilin iyun ayına kimi nəzərdə tutulub.
“Napoli” qlobal əhəmiyyətli bir yerdir. Mavi skamyada oturmaq fikrinə görə sevinirəm və həyəcanlanıram. Mən söz verə bilərəm: komandanın və klubun böyüməsi üçün mümkün olan hər şeyi edəcəm”, Konte deyib.
Konte 2011-2014-cü illərdə “Yuventus”un baş məşqçisi olub, onun rəhbərliyi altında komanda ardıcıl üç İtaliya çempionluğunu qazanıb. Mütəxəssis, həmçinin Londonun “Çelsi” (2016-2018) və “Tottenhem” (2021-2023), eləcə də İtaliya çempionluğunu qazandığı “İnter”ə (2019-2021) rəhbərlik edib. “Çelsi” ilə çempion oldu və İngiltərə Kubokunu qazanıb. Konte 2014-2016-cı illərdə İtaliya millisini çalışdırıb.