Yatıb qaldığı üçün məşqə gecikib - Mahir Emreli ilə bağlı yeni qalmaqal

Yatıb qaldığı üçün məşqə gecikən futbolçuya necə etibar etmək olar? “Lex”lə oyunumuza iki gün qalmış gəlib çıxan oyunçumuzu oturub gözləyirik. Gecə nə vaxt yatmaq lazımdır ki, ertəsi gün saat 11:00-dək oyana bilməyəsən? Saat 22:00-da yatağa girdikdə 14 saat yatmaq olarmı? Bu, mümkün deyil.

Buta.media “Kanal Sportowy”yə istinadən xəbər verir ki, bu sözləri Polşa “Legiya”sının sabiq baş məşqçisi Çeslav Mixneviçin 2021-ci ilin oktyabrında komandanın futbolçuları ilə keçirdiyi son iclasında azərbaycanlı futbolçu Mahir Emrelini tənqid edərkən deyib.

“Bütün hərəkətlərin, tinderlər, axşam məclislərin, bir sözlə, hamısı mənə gəlib çatır. Bilərəkdən bəzi məsələlərə toxunmuram, çünki şəxsi həyatınıza müdaxilə etmək istəmirəm. Hər birinizin öz hədəfləriniz var. Amma bunlar qələbəmizə mane olursa, açıq danışmalıyam”.

Qeyd edək ki, Mahir Emreli  “Legiya” azarkeşləri qalmaqaldan sonra Polşa klubundan ayrılmaq istəyir. Hazırda o, Varşava təmsilçisi ilə yollarını ayırmağa və azad agent statusu almağa çalışır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ