Lamiyə Vəliyeva dördqat dünya çempionu oldu - video

Azərbaycan paraatleti Lamiyə Vəliyeva karyerası ərzində dördüncü dəfə dünya çempionu olub. 

L.Vəliyeva Yaponiyanın Kobe şəhərində keçirilən dünya çempionatında T13 kateqoriyasında 400 metr məsafəyə qaçış üzrə finişə 55.03 saniyəyə çataraq qızıl medalın sahibi olub. 

Qeyd edək ki, Lamiyə Vəliyeva Kobedəki yarışın ilk günündə 100 metr məsafədə də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Ötən il isə Parisdə təşkil edilən dünya çempionatında 100 metr və 400 metr məsafəyə qaçış üzrə qızıl medal qazanıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ