“Qarabağ” “Kayrata” qalib gəldi və qrup lideri oldu

UEFA Konfrans Liqasının qrup mərhələsinin IV tur oyunlarına start verilib.

Buta.media xəbər verir ki, Azərbaycanın “Qarabağ” klubu səfərdə Qazaxıstanın “Kayrat” komandasının qonağı olub.

Qarşılıqlı hücumlar şəraitində keçən matçın ilk hissəsində hesab açılmayıb. Oyunun 58-ci dəqiqəsində Qurban Qurbanovun yetirmələri hesabı açıblar. Vadji adının tabloya yazdırıb.

Matçın 68-ci dəqiqəsində meydan sahiblərinin heyətində Joze Kante tarazlığı bərpa edib.

Lakin Qazaxıstan təmsilçisinin qol sevinci cəmi dörd dəqiqə çəkib. 72-ci dəqiqədə Abdullah Zubir "Qarabağ"a qələbə qazandıran topu “Kayrat”ın qapısından keçirib.

Bu qrupun digər oyununda İsveçrənin “Basel” komandası Kiprin “Omonia” klubunun qonağı olacaq.

Dörd oyundan sonra hesabında 10 xal olan Ağdam təmsilçisi H qrupunun lideridir. Üç oyun keçirən “Basel” ikinci pillədə qərarlaşıb. Hərəyə bir xalı olan “Kayrat” və “Omonia” isə 3-4 yerləri bölüşdürürlər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ