İtaliyalı güləşçi: “Bakıda uduzmaq üçün mənə 300 min dollar təklif etdilər” - video

İtaliyalı güləşçi, ikiqat dünya çempionu və olimpiya oyunlarının bürünc mükafatçısı Frank Çamisio Bakıda ona 300 min dollar rüşvət təklif edildiyini iddia edib.

Bu barədə güləşçi “La Repubblica” qəzetinə açıqlama verib.

“Azərbaycanda ikiqat, üçqat mübarizə aparmalı olduğumu bilirdim, çünki onların ölkəsində döyüşürdüm. Yanıma gəlib uduzmağım üçün 300 min dollar təklif etdilər. Kimin olduğunu demək istəmirəm, amma bu, çəki ölçmənin səhəri günü baş vermişdi. Mən bu təklifi rədd etdim. Çünki təkcə özümü deyil, həm də İtaliyanı təmsil edirəm. Baş verənləri şəxsən mən yaşayıram, sadəcə döyüşə baxın. O qədər iyrənirəm ki, idman haqqında danışdığımı hiss etmirəm”.

Çamisio həmçinin iddia edir ki, o puldan imtina edəndən sonra, hakimlər onu uduzdurublar.

Qeyd edək ki, Frank Çamisio Bakıda keçirilən güləş üzrə Avropa Olimpiya təsnifat turnirinin final mərhələsində azərbaycanlı güləşçi Turan Bayramova məğlub olub. Fəxri kürsünün ən yüksək pilləsinə qalxan Bayramov bununla Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak hüququ əldə edib.

İdmançının sözlərinə görə, o, verdiyi açıqlamalara görə cavab verməyə hazırdır.

“Mən Kubadanam və heç nədən qorxmuram. Əgər Türkiyədə bunu etsələr, hamını parçalayacağam”, - Çamizo olimpiadaya biletlərin verildiyi növbəti turnirə toxunaraq deyib. 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ