Mariya Stadnik də uduzdu

Azərbaycanın daha bir qadın güləşçisi Mariya Stadnik (50 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazana bilməyib.

35 yaşlı idmançı Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirinin yarımfinalında məğlub olub.

Onqat Avropa və ikiqat dünya çempionu olimpiadaya lisenziya yolunda ukraynalı Oksana Livaça uduzub. 26 yaşlı Avropa çempionu təmsilçimiz üzərində 4:2 hesablı qələbə qazanıb.

Qeyd edək ki, daha əvvəl Elnurə Məmmədova (53 kq), Jalə Əliyeva (57 kq), Birgül Soltanova (62 kq) və Elis Manolova (68 kq) təsnifat mərhələsində məğlub olaraq mübarizəni dayandırıblar.

15:45

Bakıda güləş üzrə Avropa Olimpiya Təsnifat turniri davam edir. Azərbaycanın qadın güləşçisi Mariya Stadnik turnirə uğurla başlayıb.

50 kq çəki dərəcəsində mübarizə aparan onqat Avropa və ikiqat dünya çempionu 1/4 finalda litvalı Qabija Dilite üzərində 10:0 hesablı qələbə qazanıb. Bununla Stadnik yarımfinala yüksəlib.

Jalə Əliyeva isə (57 kq) 1/4 finaldan mübarizəyə qoşulub. İdmançı ilk görüşündə Ukrayna təmsilçisi Alina Akobyaya 0:10 hesabı ilə məğlub olaraq, mübarizəni dayandırıb.

Qeyd edək ki, daha əvvəl Elnurə Məmmədova (53 kq), Birgül Soltanova (62 kq) və Elis Manolova (68 kq) təsnifat mərhələsində məğlub olaraq mübarizəni dayandırıblar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ