“Qarabağ”ın amputant komandasının oyunçusu “Neftçi”yə gözəl qol vurdu - video

Ötən gün, aprelin 4-də, Bakı Olimpiya Stadionunda “Qarabağ” və “Neftçi” amputant futbol komandalarının oyunu keçirilib.

Matç 4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsi ilə Mübarizəyə Yardım Gününü qeyd etmək məqsədilə Azərbaycan Minatəmizləmə Agentliyi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən təşkil edilib.

Oyunun ən yaddaqalan anlarında biri “Qarabağ”ın oyunçusu Sənan Hacıyevin vurduğu möhtəşəm qol olub.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ