Kanadanın Toronto şəhərində şahmat üzrə İddiaçılar turnirinə start verilib.
Azərbaycan təmsilçisi Nicat Abasov birinci turda Yan Nepomniyaşşi (FIDE) ilə qarşılaşıb. Tərəflər 34-cü gedişində heç-heçəyə razılaşıblar.
Qeyd edək ki, turnirə aprelin 22-də yekun vurulacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan hazırkı dünya çempionu Dinq Lirenlə (ÇiN) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.
Turnirin ümumi mükafat fondu 500 000 avro təşkil edir. Qalib 48 000 avro qazanacaq.