“İmarət” Qara Qarayevi təhqir etməsinə haqq qazandırdı - video

“İmarət” azarkeş qrupu “Neftçi” – “Qarabağ” matçından sonra meydan sahiblərinin futbolçusu Qara Qarayevi təhqir etməsinə haqq qazandırıb. Bu barədə azarkeş qrupunun səhifəsində edilən paylaşımdan belə qənaətə gəlmək olar.

“Qarayev, Qarayev, Qara Qarayev, “Qarabağ”ın igidi Qara Qarayev” - vaxtı var idi bu şüarı səsləndirən də “İmarət” idi. Futbolçuya karyerası boyu ən böyük dəstəyi də elə azarkeşlər verir. Qara bizim sevimli futbolçumuz olub və geydiyi formanın haqqını verib. Nə Qara, nə də başqa futbolçu ilə azarkeşin şəxsi ədavəti, prinsipi ola bilməz. O cümlədən təhqirə məruz qala bilməz. Qara Qarayev əfsanəsi ola biləcəyi klubdan çıxıb həmin klubun əzəli rəqibi olan “Nefçi”ni seçəndə, həmin klubun azarkeşlərinin də onu meydanda görəndə xoş qarşılamayacağına hazır olmalı idi. Heç bir futbolçu və ya futbol adamı “İmarət” tribunasına yaxınlaşıb barmaqla heç kəsi hədələyə bilməz. Hədələyəcəksə olacağı budur. Bəli, kaş ki, olmazdı. Ancaq olubsa, bu tribunada da olub, bitib. Qaraya dəstək olanlara da “Neftçi Arena”ya getməklərini məsləhət görürük. Futbolçuya stadionda dəstək olmaq lazımdı, sosial şəbəkədə yox”.

Xatırladaq ki, aprelin 2-də Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində keçirilən “Neftçi” – “Qarabağ” matçı Qurban Qurbanovun yetirmələrinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ